BəhreynLivanXƏBƏRLƏR

Beynəlxalq insan haqları təşkilatı Bəhreyn hökumətini tənqid etdi

Livanda yerləşən Beynəlxalq İnsan haqları Təşkilatının baş katibi Bəhreyndə insan haqlarının pozulmasını pisləyib.

Heysəm Əbu Səid cümə günü Bəhreyn hökumətini siyasi məqsədlər üçün ədliyyə qurumundan istifadə etdiyinə görə tənqid atəşinə tutub.

Əbu Heysəm həmçinin Bəhreyndə bir siyasi fəal və Ali-Xəlifəyə müxalif əsas partiya olan əl-Vifaq partiyası baş katibinin müavini Xəlil əl-Məzruqun həbs olunmasını pisləyib.

Əbu Heysəm bildirib ki, siyasi məhbuslar heç bir təxir olmadan azad olunmalıdırlar.

Cümə axşamı günü Bəhreyndə bir məhkəmə rejimə qarşı 18 fəalı 5-7 il həbsə məhkum edib. Bu şəxslər ötən noyabr ayında Manama yaxınlığında bir şiə kəndində polis şöbəsinə hücum etməkdə ittiham olunublar.

Bu məhkəmə qərarı ilə uzunmüddətli həbslərə məhkum olunan etirazçı məhbusun sayı 122 nəfərə çatıb.

Bazar ertəsi günü rejimə qarşı 9 fəal da Manamada 2011-ci il noyabr hücumlarında əli olmaqda ittiham olunaraq ömürlük həbsə məhkum edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu