Dünya

İbrani mediası: Sionist rejim İran qarşısında məqsədlərinə çata bilmədi

İbrani mediası: Sionist rejim İran qarşısında məqsədlərinə çata bilmədi

İbrani mediası Sionist rejimin strateji və getdikcə pisləşən fövqəladə vəziyyətlə üzləşdiyini yazıb. Yediot Aharonot qəzeti qeyd edib ki, respublikaçıların məğlubiyyəti və ABŞ ictimaiyyətinin Sionist rejimə münasibətinin dəyişməsi Konqresi Tel-Əvivə qarşı hüquqi addımlar atmağa məcbur edə bilər.

Qəzet bildirib ki, Sionist rejim Qəzza zolağında HƏMAS-ı tam məğlub edə bilməyib və Livan İslami Müqavimətini (Hizbullah) tərksilah etmək gücündə deyil. Həmçinin qeyd olunub ki, rejim İranın siyasi sistemini devirmək imkanına malik deyil, çəkindirmə gücünü də tam bərpa etməyib. Qəzet düşmənlərin qəfil hücumlar həyata keçirməsi ehtimalının hələ də mövcud olduğunu vurğulayıb.