SuriyaXƏBƏRLƏR

Rusiya Suriyaya qarşı yeni qətnamə ilə müxalifdir

Rusiya Xarici İşlər Nazirliyi Suriya böhranı üçün dinc həll yollarını çıxılmaz vəziyyətlə üzləşdirmək üçün səylərin davam etməsinə işarə edərək, deyib: Moskva Suriya ilə bağlı yeni qətnamə layihəsini himayə etməyəcək.

Rusiya Xarici İşlər Nazirliyi bildiribki, Moskva Suriya ilə bağlı yeni qətnamə layihəsini himayə etməyəcək.

Bu arada Suriya telekanalları ötən iki ildə bu ölkədə gedən toqquşmalarla bağlı hesabat hazırlamalı olan BMT-nin məruzəçisini yalançı adlandırıblar.

Əl-Surə qəzeti şənbə günü yazıb: Əxzər İbrahimi hadisələrə yanaşmasında bitərəf olmayıb və onun hesabatı Suriya xalqının ağrı və acılarını azaltmayacaq.

Ə.İbrahimi BMT və Ərəb Liqasının nümayəndəsi olaraq, öz missiyasını düzgün formada apara bilməyib və Suriyada sülhün bərqərar edilməsinə heç bir dəstək verməyib.

İbrahimi dekabr ayında Əsəd ailəsinin 40 illik hakimiyyətinin həddən artıq uzun sürdüyünü demişdi. Bu isə Suriya hökumətinin qəzəbinə səbəb olmuşdu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu