İranın Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncani bu gün səhər Ümumdünya Qüds Günü yürüşündə iştirak etdikdən sonra Qüds Gününün və xalqın bugünkü yürüşdəki əzəmətli iştirakının əhəmiyyətinə toxunaraq deyib: Fələstin xalqına dəstək və Qüds Günü yürüşündə iştirak zəruri addımlardandır və xalqımız İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni (rə) tərəfindən mübarək Ramazan ayının son cüməsinin Ümumdünya Qüds Günü adlandırılması ilə həmişə Fələstin xalqına dəstək istiqamətində bu günün yürüşündə iştirak edib.
Ayətullah Haşimi Rəfsəncani region prosesləri, o cümlədən Misir və Suriya məsələlərinə toxunub və Fələstinin bugünkü şəraitinin ağır olduğunu bildirərək deyib: Fələstin xalqı bu dəstək və iştirakı gördüyü zaman enerji alır. Xalqımız sayıqlıqla Fələstin xalqını dəstəkləyir və Ümumdünya Qüds Günü Fələstin xalqına dəstək üçündür.
