İranXƏBƏRLƏR

İFilm telekanalı ingilis dilində

Ərəb və fars dilində apardığı yayımların son dərəcə uğurlu olmasını nəzərə alaraq, İ.Film telekanalı üçüncü dildə yəni, İngilis dilində də yayıma başlayıb.
İranın Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini cənab Məhəmməd Sərəfraz bildirib ki, ingilis dilində verilişlə yayımlayacaq İ.Film English telekanalı “Yeni bir ailə təcrübəsi” şüarı ilə çalışacaq ki, Hollivud və Qərb kinosundan fərqli olaraq, Qərb insanını yeni bir media təcrübəsi ilə tanış etsin və onlar üçün boş vaxtlarında öz dillərində münasib bir atmosfer yaratsın.
İ.Film English telekanalı daha çox ailə, ictimaiyyət, komediya, detektiv və tarixi janrlarda çəkilmiş İran filmlərinə habelə, maraqlı proqramlara və sənədli filmlərə üstünlük verəcək.
İ.Film həmçinin, internet, mobil telefon və peyk vasitələri ilə yayıma malik olacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu