İfşa: Ərəb ölkələrinin külli miqdarda faydasız hərbi xərcləri

ABŞ-ın bir qəzeti yazıb: Ərəb ölkələrinin külli miqdarda və geniş hərbi xərclərinə baxmayaraq, bu ölkələr hələ də özlərini müdafiə etmək qabiliyyətinə malik deyillər.

World Tribune qəzeti yazıb: Dünyanın ən böyük hərbi müqavilələrini imzalamış Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr özlərini qorumaq iqtidarında deyillər.

Bu qəzet öz internet saytında qeyd edir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin hərbi xərcləri dünya səviyyəsində ən ağır xərclərdir və İngiltərə və İsrail rejiminin hərbi xərclərindən də artıqdır.

Bu qəzet Küveytin bir təhqiqat müəssisəsinin hesabatına istinadla yazır: Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin hərbi xərcləri bu ölkələrin xarici borclarının artması və bu borcların milli xammalın 40%-ə çatmasına səbəb olub.

Bu müəssisənin rəhbəri Ömər Şəhabi Amerikanın Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə vəsaiti külli miqdarda olan hərbi müqavilələrinə toxunaraq deyib: Dərindən araşdırılmasına ehtiyac duyulan önəmli sual budur ki, nə üçün Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr ildə hərbi təchizatların satın alınması üçün külli miqdarda büdcələr ayırırlar, lakin hərbi özünü təmini əldə etməmişlər.

Şəhabi xatırladıb: Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin hərbi xərcləri bu ölkələrdə yerləşən 50 min xarici hərbçinin sayının azalmasına səbəb olmayıb.

Şəhabinin sözlərinə görə, Fars Körfəzi Əməkdaşlıq Şurasının bu ölkələri özlərini xarici hərbi təhdidlər qarşısında müdafiə etməyə qadir deyillər və öz təhlükəsizliyini təmin etmək üçün qərb ölkələrinə arxalanırlar.

Küveyt təhqiqat müəssisəsinin hesabatında bildirilir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv 6 ölkə regional güclü hərbi qüvvə təşkil etmək üçün bir-birləri ilə əməkdaşlıq etməli, eləcə də siyasi və fəhlə islahatları aparmalı və xarici işçi qüvvəsinə öz tam bağlılığına yenidən baxmalıdırlar.

Bu hesabatda əlavə olunub: Əgər yuxarıdakı hallar icra olunmazsa, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin az əhalisi həmişə onlar üçün zəif nöqtə olaraq qalacaq və məcbur olacaqlar ki, davamlı şəkildə region və dünyanın qüdrətləri ilə koalisiyaya malik olsunlar.

Ekspertlərin qənaətincə, əksəriyyəti asılı və aciz hakimlərə malik Fars Körfəzi Əməkdaşlıq Şurasının ətrafındakı ərəb ölkələri qərbin dezinformasiya və təxribatını nəzərə aldığına görə qərb ölkələrinin silah zavodlarının əsas müştərilərinə çevrilmişlər.

Bu ölkələr qərbdən külli miqdarda silah satın almalarına baxmayaraq, indiyə qədər heç vaxt Fələstin xalqına kömək etməyib və sionistlərlə gizli və yaxud aşkar münasibətlərinə görə, hətta bir çox hallarda fələstinlilərin sionist işğalçılarla barışmasını istəyiblər.

↑
Mobil sürümden çık