AsyaDünyaİranXƏBƏRLƏR

“İİR-nı heç kimsə təhdid edə bilməz”

İRAN İslam Respublikası ordusunun quru qoşun qüvvələrinin komandanı bu ölkə ordusunun düşmənlərin təhdidlərinin mütəmadi surətdə kontrol edilməkdə olduğunu söyləyib.

Ordunun ictimai əlaqələr idarəsindən daxil olan məlumata əsasən general Əhmədrza Purtdəstan İranın şimal-qərbində Kirmanşah şəhərinin hava bazasına baxış keçirərkən deyib: Ordunun hava qüvvələri yüksək əhval-ruhiyyə və tərifə layiq potensiala malikdir və gecə uçuş əməliyyatı və atəşaçma məşqləri düzgün şəkildə yerinə yetirib və bu gün də müqəddəs müdafiə illərində olduğu kimi tam hazırlıq vəziyyətdədir.
General əlavə olaraq deyib: Ordu və silahlı qüvvələrin tərkibindəki mövcud imkanlara görə İran İslam Respublikasını heç bir məqam təhdid edə və hədəfə ala bilməz, Və əgər hansısa bir təcavüz baş verərsə onda İranın silahlı qüvvələri düşməni əməllərinə görə peşman edəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu