AsyaDünyaFələstinXƏBƏRLƏR

“Sionist qəsəbələr, saziş müzakirələri qarşısında ən önəmli maneə”

Ərəb Liqası baş katibinin Fələstin məsələləri üzrə müavini sionist qəsəbələri fələstinlilərlə sionist rejim arasındakı saziş müzakirələrinin qarşısında önəmli maneə adlandırıb.

Məhəmməd Səbih televiziya müsahibəsində ötən 6 ay ərzində Fələstin bölgələrində sionist qəsəbələrin inşa prosesinin artmasına toxunaraq bu qəsəbələrin inşasını sionist rejimin məqsədlərini irəlilətmək və saziş müzakirələrindən çıxmaq istiqamətində Fələstin tərəfinə təzyiq göstərmək üçün strateji vasitə adlandırıb.
1993-cü ildə Fələstin və sionist rejim başçıları arasında imzalanan Oslo anlaşmasına əsasən 1967-ci il ərazilərində müstəqil Fələstin ölkəsinin təşkil olunması qərara alındı. Lakin sionist rejim Fələstin məntəqələrində minlərlə yaşayış massivi və qəsəbələr inşa edərək müstəqil Fələstinin təşkil olunmasını qeyri-mümkün etməyə çalışır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu