İkili vətəndaşlıqdan imtina və indiki Prezidentə bərk cavab!

Azərbaycan Respublikasında prezident seçkisində ən şanslı namizəd sayılan Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov Rusiya pasportundan imtina etdiyini bildirib.

Rüstəm İbrahimbəyov bu barədə bildirib : “Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi tələb edir ki, prezidentliyə namizədin ikili vətəndaşlığı və digər ölkələr qarşısında öhdəliyi olmamalıdır.”
Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov İ.Əliyevin iyulun 2-də Polis Akademiyasında çıxışını Turan agentliyinə şərh edərkən deyib : “Öz opponentlərini dönük, satqın və düşmən ünsürlər adlandırmaqla Əliyev nəinki adamları təhqir edir, həm də bütün xalqa bildirir ki, onun əleyhdarları ilə ünsiyyətdə olmaq satqınlığa bərabərdir. Bu, yalnız seçicilərə təzyiq deyil, həm də mənəvi təzyiqdir.”

↑
Exit mobile version