İnqilab Keşikçiləri Korpusunun sözçüsü Bəhreyn rejimini İrana qarşı təcavüzdə əməkdaşlıq, ABŞ-ın təhlükəsizlik köpüyündə yaşamaq və Şiə mərcəiyyətinin toxunulmazlığına müdaxilə etməklə bağlı xəbərdar edib.
O, bu üç səhvin davam edəcəyi təqdirdə Al-Xəlifə rejiminin yeni regional təhlükəsizlik nizamında mövcudluğunun sual altına düşəcəyini bildirib və “Ağıllı adama işarə kifayətdir” – deyə qeyd edib.



