AzərbaycanXƏBƏRLƏR

İlham Əliyev təəssüflənib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev rəsmi Dağlıq Qarabağ münaqişəsinə də irəliləyişin olmamasından təəssüflənib.

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.Azərbaycan Respublikası prezidenti İlham Əliyev rəsmi qəbulda çıxışında Dağlıq Qarabağ münaqişəsinə də irəliləyişin olmamasından təəssüfləndiyini bildirib.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də irəliləyişin olmamasından təəssüfləndiyini bildirib. Bunun da əsas səbəbinin Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlı olduğunu deyən dövlət başçısı bir daha bəyan edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

Azərbaycan gücləndikcə danışıqlar masasında mövqelərimizin də güclənəcəyini deyən Prezident İlham Əliyev ölkə əhalisinin artması ilə demoqrafik vəziyyətin də bizim xeyrimizə olduğunu vurğulaıb.

Azərbaycan Respublikasının həyata keçirdiyi enerji diplomatiyasının əhəmiyyətindən danışan Prezident İlham Əliyev növbəti illərdə Azərbaycan tərəfindən bu sahədə verilən qərarların qitənin enerji xəritəsini dəyişəcəyini vurğulayıb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı