Sionist hərbçilərin İordan çayının qərb sahilində fələstinlilərlə toqquşmasında dörd fələstinli yaralanıb.
Sionist rejim hərbçiləri cümə axşamı günü gecə İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərinin şimal-qərbindəki Nəbi Saleh kəndinə basqın edərək, fələstinlilərlə toqquşublar ki, nəticədə bir sionist hərbçi və dörd fələstinli yaralanıb.
Ramullah şəhərinin şimal-qərbindəki döyüşlər elə bir halda baş verib ki, sionist rejim hərbçiləri İordan çayının qərb sahilindəki Qəlqiliya şəhərinin şərqinə basqın edərək, bir fələstinlini həbs ediblər.
Belə bir halda, Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələri də sionist rejimlə öz təhlükəsizlik həmkarlıqları və ahəngdarlıqları çərçivəsində Fələstin İslami Müqavimət Təşkilatının beş üzvünü İordan çayının qərb sahilində həbs edib və bu təşkilatın daha iki üzvünü də istintaq mərkəzlərinə çağırıblar.