İlham Əliyevin ciddi rəqibi Avropaya gedir
Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyevə ciddi rəqib sayılan Milli Şuranın sədri, müxalifət koalisiyyasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Avropaya yola düşür.
Rüstəm İbrahimbəyov seçkiöncəsi Avropada yaşayan azərbaycanlılarla silsilə görüşlər keçirəcək. Milli Şura sədri iyulun 23-də Almaniyanın paytaxtı Berlində ölkədə yaşayan azərbaycanlılarla görüş keçirəcək.
Görüşdə qarşısdan gələn prezident seçkiləri, Milli Şuranın seçki strategiyası ətrafında R.İbrahimbəyov mühacirətdə olan azərbaycanlılara məlumat verəcək.
Rüstəm İbrahimbəyov Avropa səfərinindən sonra iyulun 30-da Bakıya qayıdacağını bəyan edib.
Digər tərəfdən hələ halimiyyət tərəfindən Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınması şübhə altında saxlanılır.
Bu arada Azərbaycan Respublikasında tanınmış politoloq Zərdüşt Əlizadə “Rüstəm İbrahimbəyov olmadan seçkiyə getmək alçaqlıqdır” deyərək bildirib : “Rüstəm müəllimi qeydiyyata alsalar mən sözsüz ki, onu dəstəkləyəcəm”.
Seçkiqabağı vəziyyəti şərh edən politoloq Zərdüşt Əlizadə Milli Şuranın vahid namizəd seçiminin düzgün olduğunu deyərək hakimiyyətin Rüstəm İbrahimbəyovdan çəkindiyini vurğulayıb.
Zərdüşt Əlizadə əlavə edib : “Vahid namizədin qeydiyyata alınmaması ilk növbədə gələcək rəhbərliyin legitimliyini şübhə altına alacaq”.