İraqın paytaxtı Bağdadda növbəti silsilə partlayışlar baş verib.
İraq polis təşkilatının kapitanı Məhəmməd əs-Samarrai verdiyi açıqlamada orduda xidmət gööstərən 5 zabitin Samarra-Fəllucə yolunda şəxsiyyəti naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qaldığını bildirib.
Zabitlər hadisə yerindəcə dünyasını dəyişib. Paytaxt Bağdadın şərqindəki Sədr şəhərində bomba quraşdırılmış avtomobillə təşkil edilən hücumda isə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ölkənin Əl-Kiyara bölgəsində də hücum lar olub ki, burada bəzi iş yerləri və avtomobillərə zərər dəyib. Əl-Kiyarada daxili işlər nazirliyinə məxsus binalardan birnin yaxınlığında baş verən partlayışda 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Qeyd edək ki, silsilə partlayışlar son günlər ölkənin müxtəlif yerlərində baş verir.