AzərbaycanÜMUMİXƏBƏRLƏR

Ayətullah Məkarim-Şirazidən İlham Əliyevə təklif: Xalq ilə güzəşt əsasında rəftar et

Böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim-Şirazi Azərbaycan Respublikası prezidenti- İlham Əliyevə xalq ilə güzəşt əsasında rəftar etməyi tövsiyə edib.

Ayətullah Məkarim-Şirazi Qafqaz Müsəlmanları İdarəsinin sədri- Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən heyət ilə görüşdə deyib: “Mən Azərbaycan Respublikası prezidentinə təklif edirəm ki, xalq ilə güzəşt əsasında rəftar etsin və həbsdə olan bəzi şəxsiyyətləri sərbəst buraxsın. Bu, həm xalq arasında, həm də qonşu ölkələrlə əlaqələrdə müsbət təsirə malikdir.”

Ayətullah Məkarim-Şirazinin ofisi tərəfindən verilən məlumata görə, bu təqlid mərcəyi Allahşükür Paşazadəyə xitabən deyib: Eşitdiklərimizə görə, siz Qafqaz və Azərbaycanda nüfuz sahibisiniz və öz nüfuzunuzdan, təsir imkanlarınızdan istifadə edərək, düşmənlərin fitnələrini zərərsizləşdirə, problemləri həll edə bilərsiniz.

Ayətullah Məkarim-Şirazi əlavə edib: Sahib olduğunuz mövqedən istifadə edərək elə edin ki, müsəlman kəsim azadlığa malik olsun, dini ayinlər və mərasimlərdə azad formada iştirak edə bilsin, çünki xalq islami mərasimlərin keçirilməsində nə qədər azadlığa malik olarsa, hökumət ilə xalq arasındakı bağlılıq da bir o qədər möhkəm olar.
Bu təqlid mərcəyi əlavə edib: Biz hələ qədim zamanlardan türklər ilə yaxşı və sıx əlaqələrə malik olmuşuq. İndi də əlaqələrimiz çoxdur; türkləri qeyrətli, şücaətli və məhəbbətlə dolu insanlar olaraq tanıyırıq. Arzu edirəm ki, gələcəkdə yaxından sizin aranızda ola bilim və dəvətinizi qəbul edim.

O, Azərbaycan və İranın din alimləri arasında daha sıx əlaqələrin qurulması, elmi və mədəni əlaqələrin genişlənməsini istəyərək, deyib: İki qonşu ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi və nigaranlıqların aradan qaldırılması istiqamətində nə qədər çox səy göstərilərsə, dostluq əlaqələri bir o qədər möhkəmlənmiş olar. Bu, İslam və müsəlmanların da xeyrinə olacaq. Ümidvaram, bu kimi əlaqələr daha artıq inkişaf etsin.

Görüşün əvvəlində Qafqaz Müsəlmanları İdarəsinin sədri- Şeyxülislam Allahşükür Paşazadə Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqının səmimi salamlarını Ayətullah Məkarim-Şiraziyə çatdırıb və onu Azərbaycana, Qafqaz məntəqəsinə səfərə dəvət edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu