İran İslam Respublikasının neft naziri ölkəsinin Rusiya ilə əməkdaşlıqları genişləndirmə anlaşmasının yaxın gələcəkdə yekun mərhələyə çatacağından xəbər verib.
Moskvada səfərdə olan Bijən Namdar Zəngəne İRNA müxbiri ilə müsahibədə İran hökumətinin Rusiya ilə ticarət və iqtisadı əlaqələrin genişləndirilməsi üzrə proqramlarından xəbər verib.
İranın neft naziri deyib : İranla Rusiya arasındakı ticarət mübadilələri habelə ixracat və idxalatın miqdarının artırılması barədə rus rəsmilər o cümlədən Rusiya baş nazirinin müavini İgor Şuvalovla fikir mübadiləsi həyata keçirilibdir.
