Fələstinli Əsirlərin İşləri üzrə Araşdırma Mərkəzi cari ilin ilk 3 ayında 16 fələstinlinin şəhid edilməsi və 1227 nəfərin həbs olunmasından xəbər verib.
Fələstinli Əsirlərin İşləri üzrə Araşdırma Mərkəzi cari ilin ilk 3 ayında sionist qüvvələr tərəfindən 16 fələstinlinin şəhid edilməsi və 1227 nəfərin həbs olunmasına işarə edərək, bildirib ki, həbs olunanlar arasında qadın, uşaq, yaşlı, parlament üzvləri, fələstinli məsul şəxslər, universitet işçiləri və jurnalistlər nəzərə çarpırlar.
Sionist hərbçilər məhbusların 15 nəfərini Qəzzə Zolağında, 1212 nəfərini isə İordan çayının müxtəlif məntəqələrində və Beytül-Müqəddəsin bəzi məntəqələrində həbs ediblər.