Müqəddəs Kərbəla şəhərində İmam Hüseyn(ə) Aşurası mərasimi bütün İraqdan habelə dünyanın başqa ölkələri, o cümlədən Hindistan, Pakistan, Əfqanıstan, Banqladeş, İran və bəzi Avropa ölkələrindən olan milyonlarla əzadarın iştirakı ilə keçirildi.
İmam Hüseyn(ə) əzadarları bu il keçən illərlə müqayisədə daha artıq iştiraka malik olublar.
Başqa tərəfdən ötən neçə gün ərzində xüsusilə ötən gecə Kərbəlaya gedən yollar, zəvvarların olduqca çox olması və təhlükəsizlik tədbirlərinə görə bağlanıb və İmam Hüseyn(ə) zəvvarları yolun bir hissəsini piyada olaraq gediblər.