İmam Müctəba Xamenei bildirib ki, qüdrətə, tərəqqiyə və daha güclü İrana nail olmağın əsas amillərindən biri İranın gələcək əhalisinin kəmiyyət və keyfiyyət baxımından məqsədəuyğun şəkildə artırılmasıdır.
O qeyd edib ki, strateji və taleyüklü məsələ olan əhalinin artımı ötən onilliklərdə şəhid böyük rəhbər tərəfindən dəfələrlə vurğulanıb. Bu məsələ elmi, mədəni, iqtisadi və sosial imkanların yaradılması və inkişaf etdirilməsində, eləcə də düşmənlərin təhdid və bədxahlıqlarının dəf edilməsində mühüm rol oynayır.
