Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının bu ölkədə keçirilən president seçkisinə verdiyi rəyə kəskin etiraz edib.
MSK bunula bağlı yaydığı bəyanatında ATƏT-in 9 oktiyabr seçkisinə verdiyi rəyi Azərbaycan seçicilərinin iradəsinin təhqiri kimi qiymətləndirilir və MSK-nın bu rəyi qəbul etmədiyi vurğulanır.
Bəyanatda Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qərəzli olmaqda, qeyri-obyektivlikdə, seçki prosesinə kölgə salmaq cəhdində günahlandırılır.
Bəyanatın sonunda bildirilir ki, bütün bunlara görə Mərkəzi Seçki Komissiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qalıb!
Rəsmi Bakı ATƏT-in MQ-nun DQ məsələsində verdiyi rəylərdən də daima narazılıq bildirsə də, bu qurum ilə DQ məsələsində əməkdaşlığına xitam vermək fikrinə belə düşməyib.