
İngiltərədə dövlət və ümumi xidmət işçiləri onların büdcəsinin azaldılmasına etiraz olaraq geniş tətil keçiriblər.
Russia-Todayın məlumatına görə, İngiltərədə 1 milyon dövlət işçisinin təqribən dörddə biri onların büdcəsinin azaldılmasına etiraz əlaməti olaraq geniş aksiya keçirib.
Məlumatlara əsasən İngiltərə dövləti mübahisəli büdcə barədə müzakirədən imtina edibdir.
Ticarət və Ümumi Xidmətlər Birliyinin xəbərdarlıq edib ki, onların son tətili bir aysberqin təkcə ucu olaraq dövlətə təzyiq, habelə etirazlar və aksiyalar kimi təlatümlərlə dolu tədbirin başlanğıcıdır.