DünyaXƏBƏRLƏR

İngiltərə xəstəxanalarında minlərlə nəfər ölür

Kəskin həkim çatışmazlığı üzündən, İngiltərə xəstəxanalarında minlərlə xəstə həyatını itirir.
“Daily Telegraph” qəzetinin internet saytının yazdığına görə, İngiltərədə bir qrup həkim ölüm halları çox olan xəstəxanalarda tədqiqat apararaq, bilib ki, bu xəstəxanalar son dərəcə az sayda həkimi işə götürüblər. Halbuki xalqın böyük bir hissəsi elə zənn edir ki, müalicə standartları bütün xəstəxanalarda eynidir.

İngiltərənin Pelimot universitetindən bir qrup tədqiqat nəticəsində belə qənaətə gəlib ki, xəstəxanalar işçi qüvvəsi və həkim kadrı cəhətdən, bir-biriləri ilə çox fərqlidirlər.
Şina Astana və Alex Gibson son vaxtlar yüksək ölüm hallarına malik olmuş 14 İngiltərə xəstəxanasının bir qrup işçisini araşdırdıqdan sonra bu nəticələrə çatıblar. Bu tədqiqatçılar biliblər ki, həmin xəstəxanalarda hər yüz çarpayı üçün həkimin sayı digər xəstəxanalardan orta hesabla 17% azdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu