İngiltərə Yaxın Şərqdə casusluq üçün gizli bazaya malikdir

Yeni bir hesabata əsasən İngiltərə Yaxın Şərqdə məxfi bir bazadan telefon danışıqları və internet əlaqələri ilə bağlı informasiyaların əldə edilməsi üçün istifadə edir.

İndependent qəzetinin yazdığına görə, İngiltərə Dövlət Əlaqələri Mərkəzi GCHQ Yaxın Şərqdə məxfi bir bazadan istifadə edərək, telefon danışıqları və internet fəaliyyətləri ilə bağlı məlumatları toplayır və daha sonra onları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi NSA-nın ixtiyarına verir.
Bu informasiyalar regionda mövcud olan dənizaltı kabellər şəbəkəsi vasitəsilə əldə edilir.
Bu məlumata görə, casusluq fəaliyyəti ilə məşğul olan bu məxfi mərkəzin yerləşdiyi dəqiq məkan barəsində məlumat verilmir.
Bu məlumat ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin sabiq əməkdaşı Edvard Snovden tərəfindən qəzetin ixtiyarına verilən məxfi sənədlərdən əldə edilib.
Bundan öncə də Avropa ölkələri xüsusilə də İngiltərənin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin casusluq proqramı ilə əməkdaşlıq etmələri ciddi etirazlar və tənqidlərə səbəb olmuşdu.

↑
Mobil sürümden çık