Bir neçə həftə öncə Londonda bıçaq zərbələri nəticəsində öldürülən bir ingiltərəli hərbçinin dəfn mərasimindən bir neçə saat sonra İngiltərənin mərkəzi bölgəsində Tipton şəhərində bir məsciddə bomba partladılıb.
Hadisə yerli vaxtla saat 1:00-da Tipton şəhərində Kenzalayman məscidi yaxınlığında mərkəzi Cami məscidində törədilib. Polis hadisəni araşdırır. Bombanın qəlpələri bu məscidin yaxınlığına qədər səpələnib. İngiltərə mediaları bu ölkə polisinə istinadla bildiriblər ki, olay terror hücumu olaraq araşdırılmaqdadır. Ramazan ayının ilk cümə namazını qılmaq istəyən namaz qılanlar məcbur geri qayıdıblar.
Təxminən 2 ay öncə Daily Mail qəzeti yazmışdı ki, ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrindən sonra İngiltərə məscidlərinin yarısı irqçilərin hücumların məruz qalıb.
