İngiltərə polisi İngiltərədə bir məscidin yandırılmasında şübhəli bilinən 13 nəfərin həbs edilməsindən xəbər verib.
İngiltərə polisi Qrimsbay şəhər məscidinin yandırılması ilə əlaqədar 13 nəfəri həbs edib.
Bu məlumata görə, həbs olunanlardan 6-sı daha sonra sərbəst buraxılıb. Şübhəlilərdən 2-si isə girov müqabilində sərbəst buraxılıb.
Qrimsbay şəhər məscidinə edilən hücumda, hücumçular məscidin damına bir ədəd molotov kokteli atıblar.
Məsciddə olan insanlar dərhal yanğını söndürüblər və məscid binasına zərər və ziyanın dəyməsinin qarşısını alıblar.
Bu hücumun, Londonda bir əsgərin başının kəsilməsi ilə başlanan islamofobiya dalğası ilə əlaqədar olduğu ehtimal edilir.