İngiltərənin Ali Məhkəməsi İranın Millət Bankına qarşı sanksiyaları ləğv edib

İngiltərənin Ali Məhkəməsi dörd ildən sonra İranın Millət Bankına qarşı sanksiyaları ləğv edib.

Bu məhkəmə bir bəyanat yayaraq, İngiltərə dövləti tərəfindən İranın Millət Bankına qarşı tətbiq edilmiş sanksiyaları ləğv etdiyini bildirib.

Bu məlumata görə İngiltərənin Ali Məhkəməsi İranın Millət Bankının bu ölkənin nüvə proqramı ilə əlaqəyə malik olması haqda heç bir fakt tapa bilməməsinə görə, tətbiq edilmiş sanksiyaları ləğv edib.

Millət Bankının vəkillər komandasının sədri Saroş Zayoala məhkəmənin bu haqdakı qərarının bir üzünü CNN Telekanalının ixtiyarına veribdir ki, onda İran bankının, bu ölkənin nüvə proqramına yardım qanununa şamil edilməməsinə təkid edilib.

İranın Millət Bankı İranın birinci özəl bankı kimi bir neçə ildən sonra Avropada bu banka qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə müvəffəq oldu. İngilislər heç bir qaneedici dəlil olmadan 2009-cu ildən bu bankı özlərinin sanksiyaları siyahısına daxil etmişdilər.

↑
Mobil sürümden çık