İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Vahidi İran xalqının ABŞ və Sionist rejim qarşısında heç vaxt baş əyməyəcəyini bildirdi. O, “ABŞ heç vaxt indiki qədər beynəlxalq təcrid vəziyyətində olmayıb və İran xalqı ABŞ və Sionist rejim qarşısında baş əyməyəcək” – deyə qeyd etdi.
General-mayor Vahidi əlavə etdi ki, İran xalqı şəhid İmamının istədiyi rolu həyata keçirir və bunun nəticəsində dünya istikbarına güclü zərbə vurulub. O vurğuladı: “Böyük İran xalqı heç vaxt dünya istikbarı və Sionist rejim qarşısında baş əyməyəcək, əksinə, onların başını yerə çırpacaq.”
