İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur, sərhəd sonrası bəzi ölkələrin hərbi strategiyalarının bu gün Əfqanıstanda problemlərin ana təməlini meydana gətirdiyini söylədi.
Londonda təşkil edilən Əfqanıstanla bağlı bir günlük iclasda danışan Rahimpur, İranın Əfqanıstanın milli birliyi və hökumətini dəstəklədiyini ifadə edərək, bu gün Əfqanıstandakı problemin əsl hissəsini sərhəd sonrası əsas qüvvələrin bu ölkə və bölgə üzərindəki hərbi struktur və strategiyalarının meydana gətirdiyini söylədi və “Əfqan xalqının mədəni məsələlərinə diqqət edilməməsi bugünkü problemlərə səbəb olmuşdu” dedi.
İranın Əfqanıstanla bağlı siyasətlərinə də təmas edən Rahimpur, İranın hər zaman Əfqanıstanda sülh və təhlükəsizliyini dəstəklədiyini və bu mövzuda kömək olduğunu ifadə edərək; hələ də bu strategiyasını davam etdirdiyini söylədi.
Rahimpur, Əfqanıstanın problemlərinə təmas edərək; terrorizm, radikalizm, narkotik maddə qaçaqçılığı və əkilməsi, geri qalınmış, kasıblıq, təhsil və tədris qeyri-kafiliyi, məhdud investisiya, maliyyə çatışmazlıq və əfqan xalqından çox sayda insanın qonşu ölkələrə köçü kimi problemlərin Əfqanıstan və qonşularının tək başına öhdəsindən gələcəyi problemlər olmadığını söylədi.
İran xarici işlər nazirinin müavini, xarici güclərin Əfqanıstan və bölgədən çıxması lazım olduğuna təmas edərək, regional əməkdaşlığın Əfqanıstanın problemlərinin aradan qaldırılması əhəmiyyətli rolunun olacağını söylədi.