İnsan Haqlarına Nəzarət Təşkilatı terrorçuların Suriyadakı cinayətlərini ifşa etdi

İnsan Haqlarına Nəzarət Təşkilatı Suriyadakı terrorçuların avqust ayında Laziqiyə şəhərinə qarşı hücumlarında 190 sivil vətəndaşı öldürdüklərini və 200-dən çox suriyalını da girov götürdüklərini ifşa edib.

İnsan Haqlarına Nəzarət Təşkilatı oktyabrın 11-də bir hesabat yayaraq, Suriyadakı terrorçuların cinayətləri ilə bağlı ilk dəfə olaraq faktları üzə çıxardır.
İnsan Haqlarına Nəzarət Təşkilatının bu hesabatına görə, qurbanların bir çoxu əsasən əl-Qaidə terror təşkilatına bağlı yaraqlılar tərəfindən edam olunub.
İnsan Haqlarına Nəzarət Təşkilatı ötən iki ilin ardınca Suriyaya olan ilk səfəri zamanı Əsəd hökuməti ilə düşmən olanlar tərəfindən törədilən qırğınlar və soyqırımları ilə bağlı faktlar aşkar edib. “Qan izlərini hələ də görmək olur” adı altında yayımlanan bu sənədlərə görə, bəzi hallarda ailələrin bütün üzvləri qərb tərəfindən himayə olunan yaraqlılar tərəfindən qətliam edilib.

↑
Mobil sürümden çık