İntelsat peyk xidmətləri şirkəti etiraf edib ki, bu şirkət ABŞ-ın təzyiqləri altında İran telekanallarının yayımını dayandırıb.
Press TV-nin məlumatına görə, İntelsat peyk xidmətləri şirkəti bildirib ki, bu şirkət İran telekanalları ilə müqavilənin müddətini uzatmaq istəyib. Lakin ABŞ hökuməti İntelsat tərəfindən belə bir addımın atılmasına mane olub.
ABŞ Xəzinədarlıq Nazirliyində Xarici Maliyyələrə Nəzarət ofisinin rəhbəri əşknazi yəhudisi olan Adam Zubin İrana qarşı İntelsat şirkətinə təzyiqlərin arxasında olmuşdur.
Press TV bundan öncə ABŞ Xəzinədarlıq Nazirliyinin Xarici Maliyyələrə Nəzarət ofisindən bu barədə cavab verməsini istəyib. Lakin cavab ala bilməyib.
Avropa dövlətləri və peyk şirkətləri İran telekanallarının yayımını 2012-ci ilin yanvar ayından dayandırıblar və İrana qarşı qərb sanksiyalarını bu hərəkətin bəhanəsi olaraq irəli sürürlər.
Belə bir halda Avropa Birliyi Xarici Siyasət Məsələləri üzrə koordinatorunun sözçüsü Maykl Mann Press TV-yə deyib ki, İran mediaları bu sanksiyalara şamil olmurlar.
Bu arada sionist-fransız Eutelsat peyk şirkəti bir neçə peyk xidmətləri şirkətinə məktublar ünvanlayaraq İran telekanalları ilə əməkdaşlıqlarını dayandırmalarını istəyib.
ABŞ-da sionist İsrail rejimi lobbisi də açıq-aşkar şəkildə İran telekanallarının proqramlarının yayımını dayandırmaq üçün Avropanın səylərini dəstəkləyib.
Press TV bildirir ki, İran medialarına qarşı bu hərəkətlər media azadlığı hüququnu vurğulayan İnsan Haqları Beynəlxalq Bildirişinin 19-cu maddəsi ilə ziddiyyətdədir.