Beynəlxalq Polis İnterpol əl-Qaidə qruplaşmasının yüzlərlə məhbusunun İraqın iki həbsxanasından qaçması ardınca beynəlxalq səviyyədə xəbərdarlıq edib.
Bir neçə gün öncə əl-Qaidə ünsürləri Bağdadda önəmli həbsxanalar yəni Əbu Qürəyb və əl-Taci həbsxanalarına eyni zamanda iki hücum təşkil etdilər. Bu hücumlar zamanı bu qruplaşmaya bağlı 500-dən çox məhbus qaça bildi.
İnterpol qeyd olunan iki həbsxanaya hücumu beynəlxalq təhlükəsizlik üçün böyük hədə adlandırıb.
İnterpol İraqın müraciətinə əsasən region ölkələrinə xəbərdarlıq edib ki, bu ölkə həbsxanalarından qaçan 500-dən çox məhbusun regionun digər ölkəsinin ərazisinə keçməsi mümkündür.
İnterpol rəsmilərinin bildirdiyinə görə, edama məhkum olunmuş əl-Qaidə terror qruplaşmasının əsas üzvləri fərari məhbuslar arasındadır.
