DünyaXƏBƏRLƏR

İqtisadi Qəhrəmanlıq!

1392-ci hicri şəmsi ili üçün İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təyin edilmiş adın bir hissəsinin İqtisadi Qəhrəmanlıq olmasını nəzərə alaraq, Beynəlxalq Birja, Bank və Sığorta Sərgisi kimi imkanların yaradılması bu sahədə mühüm nailiyyətlərdən sayılır. Və şübhəsiz, bu kimi tədbirlər ölkə iqtisadiyyatının inkişafına, xüsusilə bank və maliyyə sektoruna yeni ruh bəxş etmiş olacaq.

Tehran Birjasının Enerji Bölməsinə Nəzarət Şöbəsinin müdiri- Babək Paki Beynəlxalq Səhər Kanalının müxbiri ilə müsahibədə birjanın enerji bölməsinin fəaliyyəti haqda dedi: Enerji daşıyıcıları, o cümlədən xam neft, neft məhsulları, benzin, mazut, daş kömür və sairə əsasən karbohidrogen ehtiyatlarından hesab olunurlar ki, hazırda İranın enerji birjasında mübadilə edilirlər. Hazırda İranın enerji birjasının böyük bir hissəsi elektrik enerjisinin payına düşür.

Səhər-in müxbirinə müsahibə verən Parsian şirkətinin icraçı müdiri- Seyid İbrahim İnayət də İran birjasının perspektivi və əhəmiyyəti haqda danışıb.

“Tehran Birjası ötən ildən bəri gözəçarpacaq həddə inkişafa malik olub. Birjadakı mübadilə həcmi də 3.5% artımla yanaşı olub. İnsanlar İran Birjasına və onun gələcəyinə etimad edirlər. Sanksiyalar müsbət təsirə malik olub. Misal üçün, neft-kimya sahəsində satış və gəlir həcmi xeyli artıb.” – deyə İnayət bildirib.

İran Birjasının Beynəlxalq Məsələlər Baş İdarəsinin müdiri- Nemətullah Şahbazi isə xarici şirkətlərin İran Birjasındakı fəaliyyətlərinə aydınlıq gətirib və deyib: İran Birjası əsasən metal, alüminium, polad, mis, habelə mədən, kənd təsərrüfatı, neft və neft-kimya sənayesi məhsullarının mübadiləsi üçün münasib məkandır. İndiyə kimi 70 xarici şirkət bu birjaya üzv olub. Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, Azərbaycan, Ərəbistan, BƏƏ, Hindistan, Qətər, Bəhreyn, Çili, Malayziya, Mərakeş, İspaniya, Qazaxıstan və bir sıra digər ölkələr bu birjada üzvlüyə malikdirlər.

Xatırladaq ki, İran birjasının nağd bazar bölməsi də ötən il ilə müqayisədə dəyər baxımından 40%, həcm baxımından isə 25% artıma malik olub.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı