İranXƏBƏRLƏR

İran əhalisinin sayı 77 milyon nəfəri keçdi

İranın Statistika Mərkəzinin hesablamalarına görə, İranda əhalinin sayı 77 milyon 176 min 930 nəfərə çatıb.
Səhər kanalı internet portalının İranın Statistika Mərkəzinin rəsmi saytına istinadla verdiyi məlumata görə, sayta yerləşdirilmiş statistik məlumat hər saat yenilənməkdədir.
1390-cı ildə əhalinin siyahıya alınmasının mühüm nəticələrindən birinə əsasən ölkədə əhalinin artım sürəti 6 il öncə 1.62% olduğu halda, ötən il bu rəqəm 1.29% olub.
Beləliklə, ölkə əhalisinin nəzarət altında saxlanılması və “2 uşaq kafidir” şüarı yerinə, əhalinin sayının artırılmasına təşviq siyasəti gündəmə gətirilib.
Elə bu siyasət çərçivəsində əgər keçmişdə 4-cü uşaq sosial təminat sığortasına şamil olmurdusa, hazırda 4-cü uşaqlara da sığorta şamil edilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu