AR hökumətinin Təbrizdə Qarabağ Konfransının keçirilməsinə qarşı çıxmasından təəssüf ifadə olunub
Beynəlxalq Qarabağ Konfransının elmi komitəsi və katibliyi Azərbaycan Respublikası hökumətinin bu konfransın Təbrizdə keçirilməsinə qarşı çıxmasından təəssüfləndiyini bildirib.
Beynəlxalq Qarabağ Konfransının katibliyi və elmi komitəsinin bildirişində qeyd olunur: 2013-cü il 26 iyunda Təbriz Universitetində bu konfransın elanın üzrə təqdimat mərasiminin keçirilməsi ilə yanaşı bu konfrans Azərbaycan Respublikasının Qarabağ xalq təşkilatları məsul şəxslərinin iştirakı ilə keçirildi və daxili və xarici, xüsusilə Azərbaycan Respublikasının mediaları, elmi mərkəzləri və universitetləri tərəfindən layiqli şəkildə müsbət qarşılandı. Belə ki, təyin olunmuş zaman qrafikasında İran, Azərbaycan Respublikası, Rusiya və Türkiyə universitetlərindən 150-dən çox məqalə konfransın elmi komitəsinə göndərildi və münsiflər heyəti tərəfindən araşdırıldı.
Bu bildirişdə təəssüf ifadə olunur ki, bir neçə gün öncə Azərbaycan Respublikasının az sayda mediası Qarabağın işğalının davam etməsinin tərəfdarı olan dairələrin təsiri altında bu konfransın məqsədləri barəsində qara piyara əl atdılar. Digər tərəfdən Azərbaycan Respublikasının Qarabağ Azadlıq Təşkilatının bəzi məsul şəxsləri 2013-cü il 28 oktyabrda Azərbaycan dilli Salamnews sayı və bir neçə digər saytlarla müsahibədə Azərbaycan Respublikasının kimliyi bəlli olmayan məmurlarının Təbrizdə Beynəlxalq Qarabağ Konfransının azərbaycanlı qonaqlarına qarşı təhdidlərinin başlandığını bildirib və əlavə ediblər ki, qeyd olunan məmurlar deyiblər ki, sizin bu konfransa getmək haqqınız yoxdur!!
Təbrizdə Beynəlxalq Qarabağ Konfransının katibliyi və elmi komitəsi əlavə edib: Yuxarıda qeyd olunan halları nəzərə alaraq və Beynəlxalq Qarabağ Konfransının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin gözlənilməyən qədrini bilməmək hərəkətinə reaksiya olaraq, işğalçılığı pisləmək, müsəlman Azərbaycan Respublikasının ərazi bütövlüyü və istiqlaliyyətini vurğulamaqdan başqa bir məqsədi olmayan və müsəlman xalqı tərəfindən tam müsbət qarşılanan konfransın keçirilməsi öz daxili marağının əksinə olaraq hələlik təxirə salınır.