İran AB ilə əlaqələri genişləndirməyi müsbət qarşılayır

İranın xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini deyib: İran Avropa Birliyinə üzv ölkələrlə əlaqələrin genişləndirilməsini müsbət qarşılayır.

Tehranda yayımlanan Şərq qəzeti ilə müsahibəsi zamanı bu məqama toxunan Məcid Təxt Rəvançi sonra deyib: İran Avropa Birliyinə münasib bir ticarət şəriki kimi baxır.

İranın xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini sonra deyib: İran bərabər mövqelər, qarşılıqlı hörmət və daxili məsələlərə müdaxilə etməmək üzrə prinsiplərə əsasən bütün Avropa ölkələri ilə əlaqələri genişləndirməyə hazırdır.

Məcid Təxtrəvançı Amerika və Avropa Birliyinin İrana qarşı sanksiyalarını zalımcasına və ədalətsiz adlandıraraq bu mövzunun rəsmi və qeyri-rəsmi müzakirələr zamanı ortaya atıldığı da bildirdi.

↑
Exit mobile version