İran Asiyada elm istehsalçıları sırasında öncüllərdəndir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri təkidlə bildirib: Elmi məqalələrin istehsalı baxımından İranın dünyada yüksək rütbəsi var və Asiya öncüllərindən sayılır.

Cumhuri İslami qəzeti bu gün məlumat verib Əliəkbər Salehi söyləyib: İranda 4 milyon nəfərdən çox tələbə var və bu baxımdan İran Asiyanın qərbində öncüldür. Həmçinin elmi məqalələr istehsalı baxımından dünyada yüksək yerə malikdir.

Bazar günü İİR-nin Elmlər Akademiyasının məkanında bu akademiyanın rəhbəri Rza Davəri avstriyalı həmkarı Zaylinqerlə elmi əməkdaşlıqlar razılaşması imzalayıb.

Əliəkbər Salehi bu razılaşmanın imzalanması mərasimində çıxış etmişdir.

Exit mobile version