BəhreynXƏBƏRLƏR

Bəhreyn xalqı öz ədalətli tələblərindən geri oturmayacaq

Tanınmış bəhreynli ruhani- Ayətullah Şeyx İsa Qasim İslam Dünyasında məzhəbi və tayfa fitnəsinin genişlənməsi haqda xəbərdarlıq edərək vurğulayıb ki, Bəhreyn xalqı özünün ədalətli və islahsevər tələblərindən geri oturmayacaq.

Ayətullah Şeyx İsa Qasim Manama şəhəri yaxınlığındakı Əl-Diraz məntəqəsində yerləşən İmam Sadiq(ə) məscidində keçirilən cümə namazı xütbələrində deyib ki, tayfa fitnəsi bu gün islami vətənin hər bir qarışında irəliləryərək, bu xalqın hər bir şeyini məhv edə bilər.

Bu bəhreynli ruhani bildirib ki, Ali-Xəlifə rejimi bu ölkədə yaranmış böhrandan qaçmağa can atır. O, deyib: Ali-Xəlifənin bu addımı təkcə böhranın ömrünü uzadır, xərcləri artırır, inkişafı dayandırır və Bəhreyn xalqının daha artıq qanının tökülməsi və əzabına bais olur.

O, vurğulayıb: Xalqımızın ədalətli və islahatsevər tələbləri vardır ki, əsla onlardan vaz keçməyəcək və ya onu unutmayacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu