İran Beyrut partlayışlarını qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Livanın paytaxtı Beyrutda baş verən terrorçu partlayışı pisləyib.

İranın Xarici İşlər Nazirliyi Livan dövləti, xalqı və hadisə qurbanlarının yaxınları ilə həmdərdlik edərək, bu terror aktı amillərinin ən qısa zamanda aşkar edilmələri və cəzalandırılmalarını zəruri adlandırıb.
İranın Xarici İşlər Nazirliyi əlavə edib: Livan xalqı, rəsmiləri və siyasi qrupları birlik və ayıqlığını qorumaqla ölkəni gərginlik və qarşıdurmaya sürükləmək, tayfalararası toqquşmalar yaratmaq məqsədini daşıyan bu fitnəni də zərərsizləşdirəcək.
Bu gün səhər Beyrutda Fenisiya oteli yaxınlığında baş verən güclü partlayışda Livanın keçmiş maliyyə naziri Məhəmməd Şətəh həlak olub.
Son məlumatlara görə, bu partlayışda 8 nəfər həlak olub, yetmiş nəfər də yaralanıb.

Exit mobile version