DünyaİranXƏBƏRLƏR

İran BMT TŞ-nin sionistlərin davranışlarına ciddi reaksiya verməsini istədi

İranın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasından istəyib ki, sionist rejimin bəşəriyyətə qarşı yönəlmiş hərəkətlərinə dərhal reaksiya versin.

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi Baş Assambleyasının Siyasi Komitəsinin iclasında sionist rejimin fələstinlilərə və işğal edilmiş ərazilərdə insan haqlarına zidd rəftarları ilə bağlı faktaraşdırıcı komitənin hesabatının araşdırılması zamanı sionist rejimin irqçiliyə əsaslanan davranışlarını kəskin formada pisləyib.

Məhəmməd Xəzayi faktaraşdırıcı komitənin sionist rejimin əsiri olan fələstinli məhbusların xüsusilə də qadınlar və uşaqların vəziyyəti, fələstinlilərin evlərinin dağıdılması, fələstinlilərin öz evlərindən didərgin salınması, qanunsuz olaraq yeni qəsəbələrin salınması, Qəzzənin mühasirəsi və sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılıqları barədə əldə etdiyi faktlara işarə edərək, Qoşulmayanlar Hərəkatının faktaraşdırıcı komitənin tövsiyələrinə əməl edilməsini istədiyini bildirib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu