İran Culianinin “Münafiqlər”i dəstəkləməsinə reaksiya verdi

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bildirib: İran və İraq xalqları kobudluq və firqəçilik nümayiş etdirən terrorçu Münafiqlər qruplaşmasına nifrət edirlər.

İranın BMT-dəki nümayəndəliyi şənbə günü Nyu-Yorkun sabiq meri Radolf Culianinin Faks-Newsda yayımlanan məqalədə Münafiqlər qruplaşmasını açıq-aşkar dəstəkləməsindən təəccüblənərək ona xatırladıb ki, bu qruplaşmanın vəhşicəsinə hərəkəti açıq-aşkar bir məsələdir və ABŞ Dövlət Departamenti 1997-ci ildə terrorçu qruplaşma adlandırdığı qərarda bildirmişdi ki, Münafiqlər qruplaşması İran və İraq xalqlarının nifrət etdiyi repressiya xüsusiyyətli qara güruhdur.

İranın BMT-dəki nümayəndəliyinin cavab məktubunda Vaşinqtonda siyasətçilər arasında terrorçu Münafiqlər qruplaşması başçılarının imicini dəyişmək üçün onlar tərəfindən çoxlu təbliğatın aparılması və külli miqdarda vəsaitin xərclənməsinə işarə olunub və bildirilib: Bu hərəkətlər nəticəsində bu qruplaşma öz adını ABŞ Dövlət Departamentinin terrorçu qruplaşmalar siyahısından çıxardı.

Bu cavab məktubunda həmçinin xatırlanıb: Münafiqlər qruplaşması İraq xalqının repressiyasında əsaslı rolu oynayıb və Səddama kömək etmişdir və buna əsasən İraq xalqı ona nifrət edir.

ABŞ-da sionist lobbisi ilə yaxşı münasibəti olan Nyu-Yorkun sabiq meri Radolf Culiani son vaxtlar Faks News-da yayımlanan məqalədə terrorçu Münafiqlər qruplaşmasını dəstəkləyib.

↑
Mobil sürümden çık