İran Dəniz Qüvvələri Xəzəryanı ölkələrlə qarşılıqlı formada əməkdaşlığa hazırdır

İran İslam Respublikası ordusunun Dəniz Qüvvələri komandanı deyib: Azərbaycan Respublikası Dəniz Donanmasının İranın şimal limanlarında iştiraka malik olmasını müsbət qarşılayırıq.

Kontr-admiral Həbibulla Səyyari Astara limanına olan səfəri zamanı Səhər kanalı müxbirinin İranın Azərbaycan Respublikası Dəniz Donanmasının İranın şimal limanlarındakı iştirakına reaksiyası ilə bağlı sualına cavabda deyib: “Biz Azərbaycan Respublikası ordusunun Dəniz Qüvvələri ilə qarşılıqlı əməkdaşlıqların edilməsində maraqlıyıq. Necə ki, ötən il bizim Dəniz Donanmamız Rusiyanın Həştərxan limanına baş çəkmişdi. Biz Azərbaycan limanlarına və qarşılıqlı olaraq onlar da bizim limanlara baş çəkə bilərlər, biz buna hazırıq. Biz, dənizçilik üzrə texniki imkanlarımızı və təcrübələrimizi Azərbaycanın Dəniz Qüvvələrinin ixtiyarına verə bilərik. Əlbəttə, iki tərəf arasında istənilən əməkdaşlıq və əlaqə xarici işlər nazirliyinin əlaqədar qurumları tərəfindən razılaşdırılmış formada həyata keçirilməlidir.”

Həbibulla Səyyari bizim Xəzər dənizində hərbi-döyüş qüdrətinin gücləndirilməsinə təkid etmədiyimizi vurğulayaraq” Xəzəryanı ölkələrin inkişafı istiqamətində Allah tərəfindən Xəzər dənizində qərar verilmiş mənbələrdən istifadə üçün bu su hövzəsinin təhlükəsizliyi sahilyanı ölkələr tərəfindən təmin edilməlidir” – dedi.

“Biz, Xəzər dənizini sülh və dostluq dənizi hesab etdiyimiz üçün öz hərbi gücümüzü Xəzər dənizində nümayiş etdirməkdə israrlı deyilik. Lakin, Allahın Xəzər dənizində qərar verdiyi nemətlərdən faydalana bilmək üçün də lazımi imkanlara malik olmalıyıq. Bunun gerçəkləşməsi üçün isə sahilyanı ölkələr arasında qarşılıqlı formada əməkdaşlıq edilməlidir.”

İran İslam Respublikası ordusunun Dəniz Qüvvələri Komandanı əlavə edib: Dənizdə baş verə biləcək hadisələr o cümlədən qaçaqçılıq, narkotik maddələrin daşınması və ekoloji məsələlərlə mübarizə aparmaq üçün bütün sahilyanı ölkələr arasında əməkdaşlıq edilməlidir. Elə etmək lazımdır ki, təhlükəsizliyə xələl gətirə biləcək bu və ya digər hadisələrə yol verilməsin. Bunun üçün isə iki və bir neçə tərəfli əməkdaşlığa ehtiyac duyulur.

Kontr-admiral Səyyari İranın dəniz donanmasının beynəlxalq sular xüsusilə də Atlantik okeanındakı iştirakı barədə də deyib: Beynəlxalq Sular bütün dünya ölkələrinə məxsusdur. Biz də oralarda iştirak edirik və hər gün iştirakımızı daha da artıracağıq.

↑
Mobil sürümden çık