İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi 19 İran və xarici şəxs və şirkətin sanksiya edilməsi üzrə hərəkəti tənqid edərək, bu mövzunu müzakirələrin davamı üzrə mənfi hərəkət adlandırıb ki, Amerikanın xoşməramlılığı üzrə şübhələri şiddətləndirir.
Məhəmməd Xəzayi cümə günü gecə Amerikanın Xəzinədarlıq Nazirliyinin 19 iranlı və xarici şirkət və şəxsin sanksiya edilməsi üzrə son hərəkətinə reaksiyada deyib: Amerikan rəsmilərin, son hərəkəti, Cenevrə müzakirələrindən öncə tətbiq edilən sanksiyalarla əlaqədar olduğunu bildirmələrinə rəğmən, hər halda bu hərəkətlər hazırkı vəziyyətdə müzakirələr prosesinə ciddi mənfi təsirlər buraxa bilər.
5+1 Qrupunun bəzi üzvlərinin, o cümlədən Rusiyanın Amerika dövlətinin son hərəkətini tənqid etmələrinə işarə edən Xəzayi sonra deyib: Bu vəziyyətdə bu hərəkətin mənfi təsirləri, İran xalqı və beynəlxalq ictimaiyyətin şübhələrinin artmasına, habelə bu müzakirələrin beynəlxalq ictimaiyyət və İran xalqının himayəsini itirməsinə səbəb olacaq.
İranın BMT-dəki daimi nümayəndəsi sonra belə vurğulayıb: Daha yaxşı olar ki, bu həssas şəraitdə yaranmış müsbət atmosferdə təxribatçılıq yaradan hər cür hərəkətdən çəkinilsin və müzakirə edənlər bilməlidirlər ki, müzakirələrdən sonrakı idarəçilik, müzakirələrin başlanması və müzakirələrə daxil olmaq mərhələsindən daha mühümdür.