İran İslam Respublikası Milli Xalça Mərkəzinin rəhbəri, İranın dünyada xalça ticarətində ilk sırada iştirak etdiyini bildirdi.
İran İslam Respublikası Milli Xalça Mərkəzinin rəhbəri Həmid kargər dünən Şənbə günü Tehranda 23. İran xalçaçılıq sərgisinin açılış mərasimində etdiyi danışmada dünyada illik xalçaçılıq ticarətinin 1.5 milyard dollar dəyərində olduğunu və bu rəqəmin% 30 kimi böyük hissəsinin İrana aid olduğunu bildirdi.
Kargər, bu ilki sərgidə keyfiyyet artımının yanında miqdar artımının da yaşandığını və bu barədə əl toxuma xalça istehsal şirkətlərinə 700 stant ayrıldığını və bu rəqəmin bir əvvəlki sərgiyə nisbətlə% 12’lik bir artımın olduğunu göstərdiyini söylədi.
İranın illik xalça ixracatı gəlirinin 500 milyon dollar olduğu bildirilir.