İran factor-7 və MS dərmanı istehsalında iqtisadi müstəqilliyə çatıb

İranın Qida və Dərman Təşkilatının sədr müavini gələn həftənin əvvələrində xərçəng xəstəliyinə qarşı bir modern dərman növünün istehsal xəttinin açılışı və Penicillin-g adlı xammalın istehsalı, və İranın MS dərmanları və Faktor-7 qan dərmanının istehsalında iqtisadi müstəqilliyə çatmasından xəbər verib.

Şəmsəli Rzazadə əlavə edib: Gələn şənbə ölkədə xərçəng xəstəliyinə qarşı hi-tech adlı bir dərman növünun istehsalı üzrə yeni xətt açılacaq ki, dustaksel bir dərmandır və müxtəlif xərçəng xəstəliklərinin müalicəsində işlədilir.

O, əlavə edib: Hemofili xəstələrinin müalicəsi sahəsində də Faktor-7 qan dərmanının istehsalı sahəsində tam istehsal səviyyəsinə çatmışıq və bu baxımdan ölkəmiz iqtisadi müstəqilliyə nail olub ki, region və dünyada dərman sahəsində böyük bir nailiyyət hesab olunur.

↑
Mobil sürümden çık