Ukraynada müxalifət qruplarının başçıları, bu ölkə prezidentinə təzyiqlər göstərmələrini davam etdirəcəklərini bildiriblər. Onlar hökumət müxaliflərindən istəyiblər ki, Kiyevin İstiqlal meydanındakı iştiraklarını davam etdirsinlər.
Keçmiş boksçu və İslahatlar Uğrunda Ukrayna Demokratik Koalisiyası adlı siyasi partiyanın sədri Vitali Klitsçoko Kiyevin İstiqlal Meydanında etirazçıların 100 min nəfərlik toplusunda deyib: Biz bu məkanı tərk etməyəcəyik. Biz yeni milad ili və Kristmas bayramını elə burada şənlik edəcəyik.
Klitsçoko və əsas müxalifət partiyalarının başqa sədrləri ümumölkə miqyasında “ Meydan” adlı bir siyasi hərəkatı təşkil etmək halında olduqlarını bildiriblər.
Soboda milliyyətçi partiyanın sədri Ole Tiyahnibuk da deyib: Biz Ukrayna hökuməti üçün həyatı cəhənnəm edəcəyik.
