İran Həzrət Zeynəbin (s.ə) ziyarətgahına hücumu pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Həzrət Zeynəb-Kubranın (s.ə) pak ziyarətgahına hücumu kəskin şəkildə pisləyib və beynəlxalq dairələrdən bəşəriyyətə qarşı belə cinayətlərin təkrarlanmasının qarşısını almalarını istəyib.

İran XİN sözçüsü Seyid Abbas İraqçı Həzrət Zeynəbin (s.ə) pak ziyarətgahı və cümə günündə bu səmavi məkanda zəvvar və namaz qılanlara qarşı terror aktını kəskin tərzdə pisləyib və beynəlxalq dairələrdən, xüsusilə islam dairələrindən islam müqəddəslərinin toxunulmazlığı qarşısında öz məsuliyyətlərini yerinə yetirərək, bəşəriyyətə qarşı və beynəlxalq və islam prinsiplərinə zidd belə cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün var-güclə səy göstərmələrini istəyib.

↑
Exit mobile version