İran hava təhlükəsizliyində dünyada 10 ölkə sırasındadır

İranın aviasiya təşkilatının sədri İKO ekspertlərinin yoxlamaları nəticəsində İranın hava təhlükəsizliyi sahəsində layiqli yer tutmasından xəbər verib.

Pilot Həmidrza Pəhləvani deyib: İKO-nun təhlükəsizlik yoxlamalarında yüksək bal əldə edərək İran bu sahədə dünyanın 10 əsas ölkəsi sırasına daxil oldu.

Pəhləvani deyib: İKO müfəttişlərinin yoxlamaları göstərdi ki, İranın aviasiya təhlükəsizliyi dünya səviyyəsində orta göstəricidən 10 % daha yüksəkdir və yoxlama aparılan 8 əsas sahədən yeddisinin vəziyyəti dünya göstəricilərindən yüksəkdir.

↑
Mobil sürümden çık