İran İslam Respublikası ordusu dəniz qüvvələrinin komandanı , bu qüvvənin müxtəlif növlü torpedolar istehsal etməkdə özünü təmin etmə həddinə çatmasını bildirib.
İran ordusu dəniz qüvvələrinin komandanı general-admiral Həbiullah Səyyari bu qüvvənin raket atma qabiliyyətinə malik müxtəlif növlü torpedolar istehsalı sahəsindəki nailiyyyətlərini İranın böyük fəxri hesab edib və deyib : İran raket atma qabiliyyətinə malik müxtəlif növlü torpedo , esmineslər , sualtı raketləri və digər raketlərin istehsalına başlanılıb.
İranın şimalında Gilan ostanında İran ordusu dəniz qüvvələrinin kursantları qarşısında bu məqama toxunan Səyyari deyib : Gənclər İran islam inqilabının qabiliyyətlərini qorumalıdırlar və İİR ordusunun dəniz qüvvələri yüksək texnologiyaya malik qüvvələrdən biridir.