“İran ilə 5+1 qrupu müzakirələri uzun sürəcək”

Amerika xarici işlər nazirinin sözçüsü bildirib ki, İran ilə 5+1 qrupu arasında davam etməkdə olan müzakirələrdə anlaşma əldə edilməsinin çətin olduğu üçün, müzakirələrdə yekun anlaşmanın əldə edilməsi üçün 6 aydan çox bir zamana etiyac duyulur.

Cenifer saki ötən gün müxbirlərin bu barədəki suallarının cavabında deyib: Əlbəttə hər ikitərəf qarşıdakı 6 ay ərzində yekun anlaşmanın əldə edilməsi üçün artıq səy göstərirlər.
O, ABŞ prezidentinin illik çıxışına toxunaraq deyib: Obamanın təkid etdiyi kimi İran ilə müzakirələr çox çətin və mürəkkəb olacaqdır və yekun anlaşmanın əldə edilməsi üçün artıq zaman lazımdır.
ABŞ xarci işlər nazirliyinin sözçüsü açıqlayıb ki, yekun anlaşmanın əldə edilməsinin nə zaman baş verəcəyini müəyyənləşdirlməyib lakin önəmli məsələ budur ki, rəsmi Tehran ilə müzakirələr davam edir və diplomatik dialoqların nəticəyə nail olmasına zəmin yaradılmalıdır.
İran ilə 5+1 qrupu Cenevrə anlaşmasına əsasən razılıq əldə ediblər ki, qarşıdakı 6 ay ərzində ilk anlaşmanın icra məsələlərindən əlavə, yekun anlaşmanın əldə edilməsi üçün də səylər həyata keçirsinlər.

↑
Mobil sürümden çık