DünyaXƏBƏRLƏR

İslami Oyanış kinematoqrafiya üçün ən mühüm mövzu

İslam İnqilabının Böyük Rəhbəri İran İslam İnqilabını, Müqəddəs Müdafiə illərini, Fələstin və İslami Oyanış tarixini kinematoqrafiya üçün ən mühüm mövzulardan adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı Əmmar Film Festivalının təşkilatçıları ilə görüşdə deyiblər: Dünyada yalan olaraq təbliğ edilən məsələlərdən biri incəsənətin siyasət ilə qarışdırılmamasıdır. Halbuki, Qərb incəsənəti o cümlədən Hollivud filmləri tamamilə siyasi mahiyyətə malikdir. Əgər belə deyilsə, nə üçün İranın sionizmə qarşı olan filmlərinə kinofestivallarda iştirak icazəsi verilmir?
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İrana qarşı siyasi filmlərin çəkilməsi və ya İrana qarşı olan filmlərə mükafatların verilməsi Qərb xüsusilə də Amerikada incəsənət ilə siyasətin bir-birinə qarışdırıldığını sübut edir.
İslam İnqilabının Böyük Rəhbəri Qərbin humanitar elmlərinin əsas problemini onun yanlış mərifət bazasına malik olması adlandırıb və deyiblər: Humanitar elmlərdə və kinematoqrafiya sahəsində islahatların aparılması humanitar elmlərin mərifət bazası və maarifləndirmə sistemində islahatların aparılmadığı zamana kimi mümkün deyil. Bu bazada islahatların aparılması üçün isə ən vacib olan məqam din elmləri və din alimləri ilə əlaqənin yaradılmasıdır.
O həzrət həmçinin, din, dini maarif və İran İslam İnqilabı və İnqilab dəyərləri mövzularının Əmmar Film Festivalında diqqət mərkəzində saxlanılmasını mübarək və bəyənilmiş bir hərəkət adlandırıb və deyiblər: İslami incəsənət və dini kinematoqrafiya sahəsindəki baxışlar uzunmüddətli baxış olmalı, dəqiq proqramlaşdırma, gələcəyə ümid və mövcud imkanlardan düzgün faydalanma ilə yanaşı olmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri gələcəyə ümidvar olmağı və bütün baxışların İran İslam İnqilabının ideya və məqsədlərinə fokus edilməsini mühüm məsələlərdən adlandırıb və deyiblər: İran İslam İnqilabının 1979-cu ildə qələbə çaldıqdan sonra başlatdığı irəliyə doğru hərəkəti, ABŞ-ın heybətinin puça çıxması və ötən 34 ildə baş verən hadisələrin hamısı İslami Quruluşun öz məqsədinə çatması istiqamətindədir.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Daha artıq səy və təlaş habelə, düşməndən qorxub-çəkinmədən zirvələrə gedən yolda tam sürətlə irəliləmək və məyusluğa qapılmamaq lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin, kino sənətinin Qərbdə yarandığına işarə edərək, İslam mədəniyyəti, İslam incəsənəti və dini kinematoqrafiya sahəsində hərəkət etmək və yeni istedadlar yetişdirmək üçün xüsusi düşüncə otağının yaradılmasını və dindar və inqilabçı insanların bu sahədə fəaliyyət göstərmələrini vacib məqamlardan adlandırıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu